Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) icra başçısı Əziz Əzizovun sosial şəbəkədə müzakirələrə səbəb olan fotosuna münasibət bildirib.
AZXEBER.COM xəbər verir ki, icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov Pravda.az-a açıqlamasında deyib ki, bu məsələni qabartmaq düzgün deyil.
B.Barxudarov qeyd edib ki, yağış yağanda, hər kəs çətirdən istifadə edir: "Orada olan şəxslərdən biri çətiri özü üçün tutub, fotodan elə görünür ki, çətiri Əziz müəllimin üçün tutub. Müəllim ona deməlidir ki, çətiri tutma? Buna görə hay-küy yaratmaq nəyə lazımdır ki? Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra mühüm işlər görüb, yollar, su-kanalizasiya xəttləri çəkilib. İcra başçısı insanların problemləri ilə maraqlanır, şəhid ailələrini ziyarət edir. Jurnalistlər görülən işləri qiymətləndirməlidirlər. Belə olanda yazılan yazı da oxunacaq. Biz həmişə jurnalistlərə hörmətlə yanaşmışıq”.