"Etiraf edirəm ki, çox darıxıram"

"Etiraf edirəm ki, çox darıxıram"
MAQAZİN
18:33 17.03.2026
296
"Yazın gəlişini hər il ürəyimdə xüsusi bir həyəcanla gözləyirəm. Bəlkə də ona görə ki, mən özüm də baharda doğulmuşam. Yaz mənim üçün yenilənmədir, ümiddir, içimizdə yenidən oyanan bir işıqdır".

AZXEBER.COM xəbər verir ki, bu sözləri "Avroviziya" təmsilçilərimizdən olan Aysel teymurzadə sosial şəbəkədə yazıb.
 
Müğənni Xalq artisti Aygün Kazımovanın 40 illik səhnə fəaliyyətinə həsr edilən "Best of Aygun - 40" albomu üçün oxuduğu "Mən aydan gəlmişəm" mahnısını yayımlayaraq, bunları əlavə edib:

"Və əlbəttə ki, Novruz bayramı… Mən bu bayramı çox sevirəm. Səməninin yaşılı, tonqalın alovu, ailə ilə bir süfrə arxasında toplaşmaq.
Uşaqlıqda isə Novruz mənim üçün başqa cür sehrli idi. Papaq atmağı çox sevirdim. Qapılara papaq atmaq, sonra da həyəcanla gözləmək ki, görəsən papağın içində nə qoyacaqlar… O anların sevincini indi də xatırlayıram və etiraf edim ki, bəzən o günlər üçün çox darıxıram".


OXŞAR XƏBƏRLƏR