Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Milli Şurada yaranan vəziyyəti dalana dirənmək kimi qiymətləndirib.
AZXEBER.COM A.Hacılının facebook səhifəsinə istinadən yazıb ki, o, dalana dirəndiklərini etiraf etməli olduqlarını yazıb. “Etiraf etməliyik: dalana dirənmişik. Operativ müzakirələr aparıb, çevik qərarlar qəbul edə bilmirik. Çünki ”Vatikan sistemi ilə qərarlar qəbul etmək lazımdır” deyənlər “kardinallar” müəyyənləşərkən prinsipsizliyə yol verdilər. Bunun nəticəsində istənilən halda seçkilərdə iştirakı məqbul saymayanlardan tutmuş, siyasətin əlifbasından belə xəbəri olmayanlara qədər, Milli Şura üzvü ola bildi”.