Etirazçılar Almatıda prezident iqamətgahını yandırdılar - VİDEO

Etirazçılar Almatıda prezident iqamətgahını yandırdılar - VİDEO
DÜNYA
17:11 05.01.2022
678

Qazaxıstanda etirazçılar ölkə Prezidentinin Almatı şəhərindəki iqamətgahını ələ keçiriblər.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı "Zakon.kz” portalı yayıb.

Sosial şəbəkələrdə yayılan videolardan sözügedən iqamətgahda yanğının başladığını görmək mümkündür.

İqamətgah Almatı şəhər administrasiyasının yaxınlığında yerləşir. Etirazçılar daha əvvəl administrasiyanın binasına daxil olmuşdular. Aksiya tirakçıları binaya daxil olandan sonra burada yanğın baş verib.

OXŞAR XƏBƏRLƏR