Almaniyanın dörd hava limanında iqlim fəallarının keçirdiyi etiraz aksiyaları səbəbindən hava nəqliyyatında fasilələr yaranıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Almaniyada "Letzte Generation” ekoloji qrupunun üzvləri Berlin, Nürnberq, Köln-Bonn və Ştutqart hava limanlarında etiraz aksiyası keçiriblər.
Qrupun mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə 8 fəal sözügedən hava limanlarında aksiya keçirib.
Görüntüləri X sosial media platformasında paylaşan fəallar "Neft öldürür" və "Müqaviləni imzala" yazılı plakatlar açıblar.
Qalıq yanacaqların istifadəsinin dayandırılmasını tələb edən aksiyada Almaniya hökumətindən 2030-cu ilə qədər qalıq yanacaqların mərhələli şəkildə ləğvini nəzərdə tutan beynəlxalq müqavilənin imzalanması üçün danışıqlara başlamağı öhdəsinə götürməsi istənilib.
Sözügedən hava limanlarında iqlim fəallarının hərəkətləri səbəbindən fasilələr yaranıb.