Etirazçılar Tbilisidə mədəni irs obyektlərinə ziyan vurublar

Etirazçılar Tbilisidə mədəni irs obyektlərinə ziyan vurublar
DÜNYA
18:56 05.10.2025
184
Gürcüstanda Tbilisinin prezident sarayının yaxınlığındakı Orbeliani meydanında iğtişaşlar mədəni irs obyektlərinə ziyan vurub.

Bu barədə Gürcüstan paytaxtının meriyasının bəyanatında deyilir.

"Təəssüf ki, mədəni irs obyektlərinin fasadları, jalüzlər, bədii dekorativ işıqlandırma hissələri zədələnib. Orbeliani meydanı, Tabukaşvili küçəsi və Rustaveli prospektində piyada səkiləri, səki daşları, işıq dirəkləri, kabellər zədələnib", - məlumatda deyilir.

Bundan başqa, meriyanın məlumatına görə, nümayişçilər özəl şirkətlərə məxsus zibil qutularını və mebelləri yandırıblar. Onlar prezident sarayının ətrafındakı dəmir hasara da ziyan vurublar.

Hazırda şəhər xidmətləri və mütəxəssisləri zədələnmiş fasadların və digər infrastrukturun bərpası üzərində işləyir.
 
/report
OXŞAR XƏBƏRLƏR