Ətirin iyinin qalıcı olması üçün bunu edin

MARAQLI
17:39 01.11.2016
3201
Kim istəməz vurduğu ətir günboyu qalıcı olsun…
 
O zaman ətirin qalıcılığını artırmaq üçün aşağıdakıları etmək lazımdır.
 
İlk olaraq ətiri bədəninizin hansı hissəsinə sıxmağınıza diqqət edin.
 
Dirsəyinizdən başlaya bilərsiz.
 
Həmçinin diz qapaqlarının arxası da ətirin qalıcılığını saxlayan hissələrdəndir. Burada qanın axışı sürətli olduğu üçün gün ərzində hərəkət zamanı ətir yayılır.
 
Çox adam ətiri boynuna sıxar, amma burada əsas hissə qulaqların arxasıdır.
 
Ətirinizi rahatlıqla qulaqlarınızın arxasına sıxa bilərsiz. Ətirinizin qalıcılığını artıran bir hissə də göbəyinizdir.
 
Bədənin temperaturu ilə qorunan ətir gün boyu sizinlə qalır. Kremlər ətirinizin qalıcılığını artırmaqda böyük rol oynayır.
 
Boynunuza hər hansı nəmləndirici krem çəkin, üstündən ətirinizi vurun. Bunun sayəsində saçlarınızda boynunuzla təmasda olur.
 
Demək olar ki, ətriniz bədəninizdə həbs olur. Ətir sıxdıqdan sonra heç vaxt ətiri sıxdığınız yeri ovuşdurmayın. Ovuşdurduğunuz zaman ətiri o hissədən silinir, dəri ilə təmasa girə bilmir.
 
 Dursun,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR