İtaliyanın Siciliya adasında təxminən 3300 metr yüksəklikdə yerləşən Etna vulkanı püskürüb.
AZXEBER.COM xəbər verir ki, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Etna Müşahidə Stansiyasından verilən açıqlamaya görə, vulkanın son vaxtlar aktiv olan "Voragine" krateri dünən axşam saatlarından etibarən yenidən kül və lava püskürməyə başlayıb.
INGV, "Voragine" kraterinin püskürtdüyü lava səbəbiylə vulkanın yamaclarında lava axınının müşahidə edildiyini və püskürdüyü külün təxminən 6 kilometr yüksəkliyə çatdığını bildirib.
Bundan əlavə, Vorajin kraterində hələ də davam edən hərəkətliliyə görə Etna vulkanının 2500 metr yaxınlığına təşkil olunan ekskursiya fəaliyyəti müvəqqəti dayandırılıb.
Aysel