İnstaqramda 3.5 milyona yaxın izləyicisi olan və dünyanın hər yerindən insanların tanıdığı məşhur fenomen Dan Bilzerian yüzlərlə qadınla birlikdə yaşayır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, həyatı çoxlarının həsəd apardığı Den Bilzerian bu qədər qadınla necə ola bildiyini haqda açıq etiraflar edib.
Bilzerian qadınlara rahat yaxınlaşmağın kifayət etdiyini bildirib: "Çölə çıxıb bir qrup qızın yanına gedib, "ah, məncə, sən çox gözəlsən, sənə içki ala bilərəm?” kimi ifadələrlə yaxınlaşmaq lazımdır. Onlara belə yaxınlaşmaq kifayətdir. Sadəcə yaxınlaşıb onlarla danışmaq, söhbət etmək və danışarkən rahat olmaq lazımdır".
Məşhur fenomen fikirlərinə bu cür davam edib: "Bu, asan səslənsə də, əksər gənc kişilər üçün çətindir. Sadəcə get onlarla danış, öyrəş, rədd olunmağa öyrəş. Bu mənim üçün böyük bir iş idi. Amma rədd olunma ilə bağlı narahatlığımı bitəndə, özümü maneəni aşmış kimi hiss etdim."