ETSN: ani ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb ola bilər

ETSN: ani ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb ola bilər
SOSİAL
13:17 25.07.2025
297
Son günlər havaların isti və quraq keçməsi meşə və digər yaşıllıq ərazilərdə yanğın riskini artırıb.
 
AZXEBER.COM xəbər verir ki, aparılan təhlillər və araşdırmalar meşə yanğınlarının əsas səbəbinin insan faktoru olduğunu göstərir. Belə ki, statistikaya görə, qeydə alınan yanğın hadisələrinin əksəriyyəti yanğın təhlükəsizliyi qaydalarına əməl etməyən vətəndaşların, kənd təsərrüfatı ilə məşğul olan fermerlərin, meşə və təbiət ərazilərinə yaxın kəndlərdə yaşayan sakinlərin, istirahət məqsədilə təbiət qoynuna üz tutan şəxslərin odla ehtiyatsızlığı səbəbindən baş verir. Statistika göstərir ki, baş verən yanğınların əksəriyyəti meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərindən kənarda qeydə alınır, sonradan külək və quraq hava səbəbindən təəssüf ki, qorunan ərazilərə keçir. Nəticədə ölkənin meşə fonduna, xüsusi mühafizə olunan təbiət ərazilərinə, bioloji resurslara və torpağın üst münbit qatına ciddi ziyan dəyir, ekosistem məhv olur.

2025-ci ilin ötən dövrü ərzində meşə və təbiət ərazilərinə yaxın sahələrdə 83 yanğın hadisəsi baş verib ki, bunun da 15-i sonradan meşə torpaqlarına, 2-si isə xüsusi mühafizə olunan təbiət ərazilərinə keçib. 

Meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət ərazilərində yanğın riskinin minimuma endirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra qabaqlayıcı və profilaktik tədbirlər görülür. Hər il olduğu kimi bu il də yanğın əleyhinə qoruyucu mineral zolaqlar çəkilib, nəzarət postları, müşahidə qüllələrinin sayı artırılıb, könüllü yanğınsöndürmə dəstələri formalaşdırılıb. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi ilə birgə regional müşavirələr keçirilib, yanğın təhlükəsizliyinə dair praktiki və maarifləndirici təlimlər təşkil olunub.

Qeyd edək ki, hazırda müşahidə olunan isti və quraq hava şəraiti səbəbindən təbiət əraziləri, yaşıllıqlar, o cümlədən otlaq sahələri, meşə massivləri yanğına daha həssasdır. 

Bütün bunları nəzərə alaraq, ETSN vətəndaşlara, xüsusilə də, təbiət ərazilərinə yaxın kəndlərin əhalisinə, fermerlərə və turistlərə müraciət edərək aşağıdakılara riayət etməyə çağırır:
Təbiət ərazilərində olarkən açıq alovdan istifadə etməyin;
Söndürülməmiş siqaret kötüklərini ətrafa atmayın;
Biçindən sonra sahələrə od vurmayın;
Yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edin.

Unutmayaq ki, hər birimizin ani ehtiyatsızlığı qarşısıalınmaz yanğınlara səbəb olar, təbiət ərazilərinə və ekosistemə ciddi zərər dəyər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Faiq Ağayev bu hitini yeni versiyada oxudu - VİDEO
14:40 08.03.2026
Faiq Ağayev bu hitini yeni versiyada oxudu - VİDEO
Bəhreyn Müdafiə Nazirliyi: İranın 95 raket və 164 pilotsuz uçuş aparatını məhv etmişik
14:39 08.03.2026
Bəhreyn Müdafiə Nazirliyi: İranın 95 raket və 164 pilotsuz uçuş aparatını məhv etmişik
Aqrar İnkişaf Könüllülərindən “8 Mart” ilə bağlı maraqlı sosial təşəbbüs
14:37 08.03.2026
Aqrar İnkişaf Könüllülərindən “8 Mart” ilə bağlı maraqlı sosial təşəbbüs
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
14:13 08.03.2026
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Özünə güvənən qadınlar kişilərlə söhbətdə bu 11 ifadədən istifadə edir
14:09 08.03.2026
Özünə güvənən qadınlar kişilərlə söhbətdə bu 11 ifadədən istifadə edir
Yollarda görünüş məhdudlaşacaq
13:55 08.03.2026
Yollarda görünüş məhdudlaşacaq
Mingəçevirdə hərbçinin meyiti kirayədə yaşadığı evdə aşkarlandı
13:27 08.03.2026
Mingəçevirdə hərbçinin meyiti kirayədə yaşadığı evdə aşkarlandı
Nəriman Axundzadə ABŞ-yə yollanıb
13:16 08.03.2026
Nəriman Axundzadə ABŞ-yə yollanıb
Naxçıvanda yağan qarın hündürlüyü 1 metri keçib
13:12 08.03.2026
Naxçıvanda yağan qarın hündürlüyü 1 metri keçib
"Görməmişlər, aldığınız hədiyyələri nümayiş etdirməyin" - Video
12:59 08.03.2026
"Görməmişlər, aldığınız hədiyyələri nümayiş etdirməyin" - Video
"Oğlum məni rədd etməyib" - Tanınmış prodüserdən Mahir Emreli açıqlaması
12:53 08.03.2026
"Oğlum məni rədd etməyib" - Tanınmış prodüserdən Mahir Emreli açıqlaması
Bu günədək Azərbaycan vasitəsilə 67 ölkənin 1873 vətəndaşı İrandan təxliyə olunub
12:50 08.03.2026
Bu günədək Azərbaycan vasitəsilə 67 ölkənin 1873 vətəndaşı İrandan təxliyə olunub
ABŞ səfirliyindən İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumuna sərt reaksiya - FOTO
12:43 08.03.2026
ABŞ səfirliyindən İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumuna sərt reaksiya - FOTO
Tramp ABŞ-ın qalib gəldiyini və İranda “çox az” raket qaldığını bildirib
12:38 08.03.2026
Tramp ABŞ-ın qalib gəldiyini və İranda “çox az” raket qaldığını bildirib
Bakı və Abşeron yarımadasına yağış, bəzi rayonlara qar yağacaq - PROQNOZ
12:30 08.03.2026
Bakı və Abşeron yarımadasına yağış, bəzi rayonlara qar yağacaq - PROQNOZ
Uşaqlarınız mütləq səhər yeməyi yeməlidir
12:22 08.03.2026
Uşaqlarınız mütləq səhər yeməyi yeməlidir