“Euronews” telekanalı “Bakutel-2017” sərgisindən reportaj yayımladı

“Euronews” telekanalı “Bakutel-2017” sərgisindən reportaj yayımladı
İQTİSADİYYAT
16:15 18.12.2017
1726
"Euronews” telekanalında Bakıda keçirilən "Bakutel-2017” sərgisi ilə bağlı reportaj yayımlanıb. Sərginin əhəmiyyətindən danışılan reportajda Prezident İlham Əliyev "Euronews”un müxbirinin sualını cavablandırıb.
 
AZXEBER.COM Azərtaca istinadən reportajın xülasəsini təqdim edir. Reportajda deyilir ki, Azərbaycan beynəlxalq "Bakutel-2017” telekommunikasiya və informasiya texnologiyaları sərgisi virtual və tamamlanmış reallığa həsr olunub. Əsas istiqamətlərdən biri məhsulların yeni tətbiq növlərini axtarmaq üçün bu texnologiyaların birləşdirilməsidir. Belə ki, tamamlanmış reallıq eynəyi həkimlərə plastik cərrahlara əməliyyat zamanı eyni vaxtda həm xəstənin üzünü, həm də arzulanan konturları görməyə imkan verir. Azərbaycan Tibb Universitetinin çənə-üz cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Fərzəliyev deyib: -Bu layihənin əsas ideyası pasiyentin virtual və real anatomiyasını görməyə imkan yaratmasıdır. Əməliyyat zamanı eynək taxılır və həkimlər, sözün əsl mənasında, dərinin altındakıları müşahidə edə bilirlər. Onlar üzün sümüklərini, əzələləri, sinirləri və pasiyentin damarlarını görə biləcəklər. Reportajda qeyd edilir ki, ənənəvi virtual reallıq əsasən oyun sənayesində istifadə olunur. Lakin bu texnologiyalar digər sahələrdə daha çox tətbiq edilir. "Phobia VR”nin sözçüsü Aygün Həsənova bildirib: -Bir çox ölkələr artıq virtual gerçəklik platformalarından təbabətdə istifadə edirlər. Bizim şirkət xüsusi olaraq təbabət, peşəkar treninqlər, yanğınsöndürmə hissələrinin hazırlığı üçün nəzərdə tutulmuş platformalar hazırlayır. Reportajda qeyd edilir ki, sərgidə dünyanın 20 ölkəsindən 192 şirkət iştirak edib. Burada ənənəvi olaraq informasiya texnologiyaları sahəsində maraqlı start-up ideyalarla tanış olmaq mümkündür. "Wand”ın layihə rəhbəri Elçin Ağazadə qeyd edib: -Wand sizin kağıza yazdıqlarınızın hamısını smartfonda avtomatik olaraq saxlayan elektron qurğudur. Otuz dəqiqə sonra mürəkkəb kağızdan yox olur, lakin bu müddətdə sizin məlumatlarınız artıq serverdə, yaxud proqram əlavədə tam saxlanılır. Reportajın müəllifi vurğulayır ki, 2016-cı ildə Dünya Bankının apardığı araşdırmalara görə, Azərbaycan əsasını yanacaq-energetika kompleksi təşkil edən iqtisadiyyatını şaxələndirir. Bunun üçün informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı zəruridir. Azərbaycan Prezidenti İlham Əliyev "Euronews”un müxbirinin sualını cavablandıraraq deyib: -İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim əsas vəzifələrimizdən biridir. Bizim iqtisadiyyatımızın şaxələndirilməsi strategiyası çərçivəsində bu, zəruridir. Reportajda diqqətə çatdırılır ki, Beynəlxalq Elektrorabitə İttifaqının məlumatına görə, Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişafı baxımından 176 ölkə arasında 65-ci yeri tutur. Bakı bu sektorun inkişaf strategiyasını işləyib hazırlayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kiprin XİN başçısı: Cənubi Qafqazda sülh prosesinə töhfə verməyə hazırıq
15:39 20.08.2025
Kiprin XİN başçısı: Cənubi Qafqazda sülh prosesinə töhfə verməyə hazırıq
Prezidentlə xanımı “Hacıkənd” kompleksinin tikintisi ilə tanış olublar
15:34 20.08.2025
Prezidentlə xanımı “Hacıkənd” kompleksinin tikintisi ilə tanış olublar
Azərbaycan Rusiyanın “Eurovision” analoquna getməkdən imtina etdi
15:32 20.08.2025
Azərbaycan Rusiyanın “Eurovision” analoquna getməkdən imtina etdi
Pakistanda musson fəlakətləri: Ölənlərin sayı 746-ya çatdı
15:31 20.08.2025
Pakistanda musson fəlakətləri: Ölənlərin sayı 746-ya çatdı
Saakaşvili: Bu, Rusiyanın yüz ildəki ən böyük məğlubiyyətidir
15:30 20.08.2025
Saakaşvili: Bu, Rusiyanın yüz ildəki ən böyük məğlubiyyətidir
"Rusiya bununla Azərbaycana gözdağı vermək istədi, amma özünün əleyhinə işlədi"
15:24 20.08.2025
"Rusiya bununla Azərbaycana gözdağı vermək istədi, amma özünün əleyhinə işlədi"
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı - Qonaqları zəngin proqram gözləyir
15:15 20.08.2025
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı - Qonaqları zəngin proqram gözləyir
Rusiyaya buraxılmayan Emin Əfəndi: Azərbaycanlılara qarşı münasibət hər gün daha da sərtləşir
15:14 20.08.2025
Rusiyaya buraxılmayan Emin Əfəndi: Azərbaycanlılara qarşı münasibət hər gün daha da sərtləşir
Məmməd İsmayıl Tovuzda dəfn olundu
15:07 20.08.2025
Məmməd İsmayıl Tovuzda dəfn olundu
Oval Ofisdəki xəritə Tramp üçün bu səbəbdən əhəmiyyətli olub
14:57 20.08.2025
Oval Ofisdəki xəritə Tramp üçün bu səbəbdən əhəmiyyətli olub
Astrologiyanın lider 4 BÜRCÜ - Astroloq AÇIQLADI
14:44 20.08.2025
Astrologiyanın lider 4 BÜRCÜ - Astroloq AÇIQLADI
Prezident və xanımı Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar
14:43 20.08.2025
Prezident və xanımı Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar
Kremldən gözlənilən Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMA
14:36 20.08.2025
Kremldən gözlənilən Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMA
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
14:21 20.08.2025
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
14:20 20.08.2025
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
14:19 20.08.2025
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar