Euronews"da Azərbaycanda avarçəkməyə həsr olunmuş reportaj yayımlanıb

Euronews"da Azərbaycanda avarçəkməyə həsr olunmuş reportaj yayımlanıb
SOSİAL
20:15 27.03.2026
233
"Euronews" kanalında Azərbaycanda avarçəkmənin inkişafına həsr olunan reportaj yayımlanıb.

AZXEBER.COM xəbər verir ki, reportajda beynəlxalq rəsmilərin kanoe və avarçəkmə müsabiqələrinin təşkili üçün məkan olaraq Azərbaycanı nəzərdən keçirdiyi bildirilir.

Reportajda qeyd olunub ki, Azərbaycanın bir neçə nöqtəsi kanoe, avarçəkmə yarışları və təlimləri üçün potensial məkan olaraq qiymətləndirilir.

Beynəlxalq rəsmilər Mingəçevir Su Anbarı, Kür çayı və Suqovuşan kimi yerlərdə olublar və buradakı infrastruktur, texniki şərait barəsində öz qiymətləndirmələrini aparıblar.

Əlavə olaraq, sözügedən idman növünün Azərbaycanda inkişafı və bununla əlaqəli tədbirlərin daha çox keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Təlim və yeni disiplinlərin dəstəklənməsi üçün əməkdaşlıq sazişi imzalanıb.

Rəsmilərin sözlərinə görə, inkişaf etmiş avadanlıq və getdikcə artan idmançı performansı gələcəkdə keçiriləcək beynəlxalq müsabiqələrə töhfə verə bilər.
OXŞAR XƏBƏRLƏR