"Eurovision 2012"-nin biletləri dekabrdan satışa çıxarılacaq

MARAQLI
09:04 23.07.2011
1951
Bakıda keçirilən "Eurovision 2012" Mahnı Müsabiqəsinin biletləri dekabr ayından satışa çıxarılacaq. Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində fəaliyyətini işıqlandıran "OGAE Azerbaijan" saytında yerləşdirilən məlumatda belə deyilir:

"Son günlər şəhərdə "Eurovision 2012" Mahnı Müsahibəsinin biletlərinin artıq satışa çıxarılması ilə bağlı şayiələr gəzir. Bəyan etmək istəyirik ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.

Konsertin biletləri dekabrın sonları-yanvarın əvvələrindən satışa çıxarılacaq. Biz sizi yalan məlumatlara uymamağa çağırırıq!"

OXŞAR XƏBƏRLƏR