Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edəcək ölkələrin adları açıqlanıb. AZXEBER.COM portalının məlumatına görə, bu ilin may ayında Bakıda keçiriləcək 57-ci "Eurovision" Mahnı Müsabiqəsində iştirak etmək üçün 43 ölkə müraciət edib. Bunların sırasında müsabiqəyə ötən il qayıtmış İtaliya, Macarıstan, Avstriya da var. Həmçinin müsabiqədə son 3 ildə iştirak etməyən Çernoqoriya da builki yarışmaya qatılıb. Bununla da "Eurovision"da iştirak edən ölkələrin sayı 2008 və 2011-ci illlərdəki rekordu təkrarlayıb."Eurovision" mahnı müsabiqəsinin Baş prodüseri Yan Ola Sand 2012-ci ildə müsabiqədə yenidən 40-dan artıq ölkənin iştirak etməsindən məmnun olduqlarını bildirib. "Bu ölkələr may ayında Azərbaycanı və onun xalqını daha yaxından tanımaq və əlbəttə ki, dünyanın ən möhtəşəm şousunun bir hissəsi olmaq üçün Bakıda toplaşacaq"."Eurovision 2012"də iştirak edəcək ölkələrin siyahısı.1.Albaniya2.Ermənistan3.Avstriya4.Azərbaycan5.Belarus6.Belçika7.Bosniya və Herseqovina8.Bolqarıstan9.Xorvatiya10.Kipr11.Danimarka12.Estoniya13.Finlandiya14.Fransa15.Makedoniya16.Gürcüstan17.Almaniya18.Yunanıstan19.Macarıstan20.İslandiya21.İrlandiya22.İsrail23.İtaliya24.Latviya25.Litva26.Malta27.Moldova28.Monteneqro29.Niderland30.Norveç31.Portuqaliya32.Rumıniya33.Rusiya34.San Marino35.Serbiya36.Slovakiya37.Sloveniya38.İspaniya39.İsveç40.İsveçrə41.Türkiyə42.Ukrayna43.Böyük BritaniyaPolşanın ictimai yayımçısı TVP Avropanın bu məşhur televiziya şousuna bu il qatılmayacağına qərar verib. Yan Ola Sandın sözlərinə görə, Polşanın bu ilki müsabiqəyə qatılmaması 2012-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi etməsi ilə bağlı təşkilatçı yayımçı TVPi-nin işinin gərginliyi ilə əlaqədardır.