Azərbaycanın “Eurovision 2013” mahnı müsabiqəsindəki təmsilçisi Fərid Məmmədov Avropa turnesi çərçivəsində Yunanıstana səfər edib.AZXEBER.COM-un məlumatına görə, təmsilçimiz səfər ərəfəsində Afinanın bir neçə televiziya proqramına dəvət alıb. Onun yarışmada təqdim edəcəyi “Hold me” mahnısı yunanları valeh edib.Proqramda Fərid müsabiqəyə necə qatılması, milli seçimlərdə necə qalib gəlməsi və bir çox sualları rus dilində cavablandırıb.Qeyd edək ki, Azərbaycanın "Eurovision 2013" təmsilçisi Fərid Məmmədov 16 mayda keçiriləcək II yarımfinalında 4 nömrə altında çıxış edəcək.