'Eurovision-2013' yumoristə tapşırıldı - FOTOLAR

MƏDƏNİYYƏT
21:25 28.01.2013
1511
Bu ilin may ayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsinin aparıcısı məlum olub.AZXEBER.COM-un İctimai Televiziyanın saytına istinadən verdiyi məlumata görə, yarışmanı isveçli yumorist və televiziya aparıcısı Petra Mede aparacaq.O, 2009-cu ildə İsveçin ən yaxşı qadın yumoristi seçilib. Nadir yumor məharəti olan bu xanım TV3 kanalında “Petra Mede Şou”nun aparıcısı olub. Hal-hazırda isə Petre Mede ən məşhur tədbirlərə, konfranslara, televiziya şoularına, konsertlərə aparıcılıq edir.

OXŞAR XƏBƏRLƏR