‘Eurovision-2013’də bu ölkələr iştirak etməyəcək

MARAQLI
00:04 26.11.2012
1383

Böhran keçirən bu ölkələrin çal-çağıra xərcləməyə pulu yoxdur

Polşa və Portuqaliya pulsuzluq üzündən "Eurovision 2013"də iştirak etməyəcək. ANS PRESS-in Dni.ru-ya istinadən verdiyi məlumata görə, hər iki ölkə sərt büdcə iqtisadiyyatı siyasətini həyata keçirir və çal-çağıra pul xərcləmək niyyətində deyil. Portuqaliya ağır iqtisadi böhran keçirir, Polşa isə bu ilin yayında futbol üzrə Dünya çempionatının keçirilməsi xərclərindən sonra özünə gələ bilmir. Xatırladaq ki, "Eurovision 2013" mahnı müsabiqəsi gələn il mayın 14-18-də Malmödə keçiriləcək. İsveç beşinci dəfədir müsabiqəyə ev sahibliyi edir. Sonuncu qələbəni Bakıda keçirilən "Eurovision-2012" müsabiqəsində müğənni Lorin qazanıb.

OXŞAR XƏBƏRLƏR