'Eurovision-2013'ün ən yaraşıqlı iştirakçısı -Fərid Məmmədov

MƏDƏNİYYƏT
13:37 18.05.2013
10273

'Azərbaycanın Eurovision-2013 təmsilçisi Fərid Məmmədov müsabiqənin kişi iştirakçıları arasında supermodel hesab olunur.

AZXEBER.COM xəbər verir ki, Malmödə aparılan sorğular nəticəsində F.Məmmədov görünüşünə görə kişi iştirakçılar arasında liderdir.F.Məmmədov onun iki əsas rəqibi Rumıniyadan Sezar və İtaliyadan Marko Menqonini sorğularda çox geridə qoyub. Fərid sağlam həyat tərzi sürərək, Braziliya döyüş növü olan kapoeyra ilə məşğul olur, hər gün qaçır və trenajor zalında məşq edir.Bu gün Eurovision-2013 finalından Fərid Məmmədov “Hold me” mahnısı ilə 20 nömrə altında çıxış edəcək.

OXŞAR XƏBƏRLƏR