“Eurovision”-da biabırçılıq: tamaşaçı səhnədə soyundu

“Eurovision”-da biabırçılıq: tamaşaçı səhnədə soyundu
MAQAZİN
11:22 14.05.2017
15562

"Eurovision 2017” mahnı müsabiqəsinin final şousu zamanı insident baş verib.

"APA Holdinq”in Kiyevə ezam olunmuş müxbirinin məlumatına görə,  finalçıların ifasından sonra səsvermə zamanı "Eurovision 2016”-nın qalibi Camala çıxış edib. Bu zaman naməlum şəxs Avstraliya bayrağı ilə səhnəyə qalxaraq, Camalanın qarşısında şalvarını aşağı çəkib. Mühafizəçilər dərhal xuliqanı səhnədən uzaqlaşdırıblar.  Camala insidentdə fikir verməyərək ifasını davam etdirib. 

 
 
OXŞAR XƏBƏRLƏR