Üç ölkədə Conchita Wurst'un müsabiqədən uzaqlaşdırılması üçün aksiya da keçirilib.
Avstriyanın “Eurovision 2014” təmsilçisi Conchita Wurst haqqında ən çox danışılan iştirakçıdır.
Uzun saçları, tünd rəngli saqqalı və cürətkar geyimləri ilə diqqət çəkən Conchita Wurst, digər iştirakçıların, xüsusilə də Rusiya, Belarus və Ermənistan təmsilçilərinin ona qarşı kəskin reaksiyasını qazanıb.
Kopenhagendə keçiriləcək “Eurovision 2014” mahnı müsabiqəsində bu üç ölkəni təmsil edəcək iştirakçılar “Conchita Wurst müsabiqədən geri çəkilsin” - deyə ona qarşı etiraz ediblər.
Hətta həmin ölkələrdə Conchita Wurst'un müsabiqədən uzaqlaşdırılması üçün aksiya da keçirilib.
Ermənistan təmsilçisi Aram MP3 “O, təbii yox, süni həyat tərzi keçirir. O, qadın yoxsa kişi olduğuna qərar verməlidir” - deyə onun haqqında fikir bildirib.
Conchita Wurst isə “Mən qadın olmaq istədiyimi söyləməmişəm. Sadəcə çalışqan kraliça və tənbəl uşağam” - deyə rəqibinə cavab verib.
Wurst digər açıqlamalarının birində isə “Saqqalım kim olduğumdan və necə göründüyümdəm asılı olmayaraq istədiyim hər şeyi bacara biləcəyimə dair bəyandır” söyləyib.
Qeyd edək ki, Avstriya təmsilçisi Conchita Wurst hətta 2,49%-lə 483 səs toplayaraq “Eurovision Next Top Model 2014”-ün 9-cusu olub.
Oxu.Az qalmaqallı müğənninin fotolarını və “Eurovision 2014”-də səsləndirəcəyi “Rise Like A Phoenix” adlı mahnısını təqdim edir.(Oxu.az)









