'Eurovision' iştirakçıları 'Çudo Peçka' şirniyyatlarına heyran qaldılar - FOTOLAR

MARAQLI
11:59 18.05.2012
3443
Milli şirniyyatlarımız “Eurovision”da tanıdılır. “Çudo Peçka” müsabiqənin keçirildiyi məkanın mətbuat zalında qurduğu guşədə şəkərbura, paxlava, badambura, şəkərçörək kimi şirniyyatları təqdim edir. Məşqlər başlanan gündən etibarən ölkələrin təmsilçiləri, əcnəbi və yerli jurnalistlər “Çudo Peçka”nın şirniyyat masasına qonaq edilir. Bu qonaqlıq final gününə qədər davam edəcək. Təamlardan yeyənlər onların dadını çox bəyəndiklərini deyirlər. Əcnəbilər ən sevdikləri şirniyyatın adını da əzbərləyir. Kimisi şəkərbura, kimisi badambura vurğununa çevrilib. Ən çox bəyənilən isə paxlavadır. Artıq “Çudo Peçka”nın əməkdaşları hansı müğənninin hansı şirniyyatı xoşladığını da əzbərləməyə başlayıb. Müsabiqə iştirakçısı “Çudo Peçka”nın guşəsinə yaxınlaşdığı anda artıq sevdiyi şirniyyat məhsulları onun üçün qablara yığılır və təqdim olunur. Bəzi ölkələrin təmsilçiləri “Çudo Peçka” stendinin qarşısında xoşladıqları şirniyyatlarla foto çəkdirir. Həmin ölkələrdən İsveçrə, Rumıniya, Moldova, Niderland, Ukrayna təmsilçilərinin milli şirniyyatlarımızla çəkilmiş fotolarını təqdim edirik.
OXŞAR XƏBƏRLƏR