'Eurovision' müsabiqəsinin himni artıq hazırdır

MƏDƏNİYYƏT
15:50 16.04.2013
1403
Bir zamanaların ən məşhur qrupu olan ABBA qrupunun üzvləri Benni Anderson və Born Ulveus DJ Avicii ilə birlikdə "Eurovision" mahnı müsabiqəsinin himnini yazıblar. Bu barədə müsabiqənin rəsmi saytında məlumat yer alıb.AZXEBER.COM-un mıəlumatına görə, "We Write History" 2013-cü ildə İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision"nun əsas musiqi mövzusu olacaq. Himn ilk dəfə birinci yarımfinalda - mayın 18-də təqdim ediləcək.Qeyd edək ki, DJ Avicii dünyanın ən tanınmış musiqiçilərindən biridir. ABBA qrupu isə 1974-cü ildə müsabiqənin qalibi olub.İsveç müsabiqəyə ev sahibliyi etmək şansını Bakıda keçirilən müsabiqənin qalibi olduqdan sonra qazanıb. Bakıda keçirilən "Eurovision"da Loren "Euphoria" adlı mahnı ifa edib.

OXŞAR XƏBƏRLƏR