“Eurovision” qalibi dünyasını dəyişdi

MAQAZİN
15:15 22.12.2014
1911
Tanınmış avstriyalı bəstəkar-müğənni Udo Jürqens infarkt keçirərək dünyasını dəyişib.17 gün əvvəl Vyanada konsert proqramı ilə çıxış edən 80 yaşlı musiqiçinin səhər yürüşü zamanı ürəyi dayanıb. Həkimlərin müdaxilələrinə baxmayaraq, Udonu xilas etmək mümkün olmayıb.Qeyd edək ki, 1934-cü ildə Avstriyada dünyaya gələn U.Jürqens 50 albomu və mindən çox mahnısı ilə əfsanəyə çevrilib. Müğənni “Merci, Cherie” mahnısı ilə “Eurovision 1996”-nın qalibi olub. U.Jürqensin albomları 100 milyondan çox satılıb.//axsam.az
OXŞAR XƏBƏRLƏR