“Eurovision” qalibləri Lena Mayer, Aleksandr Rıbak, Ruslana Bakıya gəldi

“Eurovision” qalibləri Lena Mayer, Aleksandr Rıbak, Ruslana Bakıya gəldi
MAQAZİN
11:14 25.01.2012
3728

Eurovision Mahnı Müsabiqəsinin qalibləri Bakıda toplaşır.

Eurovision Mahnı Müsabiqəsi Bakı 2012-nin İşçi Qrupundan APA-ya verilən məlumata görə, yanvarın 25-də Azərbaycanın bu müsabiqəyə ev sahibliyi ilə bağlı keçiriləcək təntənəli mərasimdə iştirak etmək üçün müsabiqənin 2004-cü il qalibi Ruslana, 2009-cu il qalibi Aleksandr Rıbak, 2010-cu il qalibi Lena Mayer paytaxta qonaq gəlib. Həmin gün “Buta Palace” səhnəsində Azərbaycana Eurovision qalibiyyəti gətirən Eldar Qasımov və Nigar Camal, 2009 və 2010-ci illərdəki təmsilçilərimiz Aysel Teymurzadə və Safurə Əlizadə ilə yanaşı, Aleksandr Rıbak, Ruslana və Lena Mayer də çıxış edəcək. Xatırladaq ki, yanvarın 25-də Eurovision Mahnı Müsabiqəsinin rəmzi açarının Düsseldorfdan Bakıya təhvili, may ayında keçiriləcək “Eurovision – 2012”-nin yarımfinallarında iştirak edən ölkələr üzrə püşkatması, builki müsabiqənin loqo və şüarının prezentasiyası olacaq.

OXŞAR XƏBƏRLƏR