2003- cü ildə "Eurovision"da Rusiyanı təmsil edən T.AT.U qrupunun keçmiş üzvü Volkova son günlərin ən qalmaqallı açıqlamasını verib. AZXEBER.COM-un məlumatına görə, Volkova 2003-cü ildə yarışmanın qalibinin Rusiya olduğunu söyləyib:
"Bizim qələbəmizi Türkiyəyə verdilər. Avropadan birinci olduğumuza dair məktub belə gəldi. Yarışmada Türkiyə birinci olmalı idi. Onu da etdilər. Avropa Yayım Birliyi bir illik fasilədən sonra rəsmi məktub yazaraq yarışmada bizim birinci olduğumuzu qeyd etdi. Guya İngiltərə və İsveçrənin səsləri səhv hesab edilib. Amma qələbəmizi onlara satdılar’" .
Jurnalistin “Niyə bu günə qədər susmusunuz?” sualına T.AT.U qrupunun keçmiş üzvü “Onsuzda biz qazandığımızı bilirdik” cavabını verib.
Xatırladaq ki, Türkiyə 2003-cü ildə Sertab Erenerin "Everyway That I Can" mahnısı ilə 167 xal toplayaraq yarışmada birinci olmuşdu. İkinci yeri 165 xalla Belçika, üçüncü yeri isə 164 xalla Rusiya tutmuşdu.