“Eurovision” təmsilçisi ağır avtomobil qəzası keçirdi

MAQAZİN
12:00 20.04.2014
1717
Türkiyəni “Eurovision 2012” musiqi yarışmasında təmsil edən məşhur müğənni Can Bonomo ağır avtomobil qəzası keçirib.ANS PRESS-in məlumatına görə, Çanakkaledə konsert verməyə gedən Can Bonomo və komandasının içində olduğu avtomobil qəzaya uğrayıb. Sürcünün qəflətən idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq dəniz sahilindəki mühafizə dirəklərinə dəyib.Məşhur müğənninin və köməkçilərinin qəza zamanı yüngül bədən xəsarətləri aldıqları bildirilir.
OXŞAR XƏBƏRLƏR