Ev tikmək istəyənlərin nəzərinə: bu materialların qiyməti bahalaşacaq

Ev tikmək istəyənlərin nəzərinə: bu materialların qiyməti bahalaşacaq
SOSİAL
21:08 11.12.2023
239
"2024-cü ildə tikinti materiallarının qiyməti 30 faizə qədər bahalaşacaq".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti, iqtisadçı-ekspert Vüqar Oruc deyib.

Onun sözlərinə görə, hazırda mövsümə uyğun olaraq inşaat materiallarının qiymətində müəyyən qədər ucuzlaşma müşahidə olunur. Ekspert bu ucuzlaşmanın daha çox taxta materiallarının qiymətində hiss olunduğunu söyləyib.

V.Oruc bildirib ki, ümumilikdə tikinti işləri dinamik şəkildə aparılmadığına görə əvvəlki aylarla müqayisədə inşaat materiallarının qiymətində artım yoxdur:

"Rusiya-Ukrayna müharibəsi fonunda ölkəyə inşaat materiallarının gətirilməsi çətinləşmişdi. Yerli istehsalat mövcud çatışmazlığı aradan qaldırmaq üçün alternativ istehsalla boşluğu doldurmağa çalışırdı. Nəticədə yerli məhsullara tələbat geniş vüsət aldı. Hazırda da yerli istehsal işləri də davam edir. Bu baxımdan tikinti materiallarının qiyməti əlçatandır". 

V.Oruc vurğulayıb ki, indiki məqamda alıcılıq qabiliyyəti yüksək deyil: "İlin sonu olduğuna görə insanlar daha çox növbəti ilin büdcəsinin təşkili barədə düşünürlər. Ona görə də bazarda passivlik müşahidə olunur. Gələn il üçün ölkədə genişmiqyaslı inşaat işlərinin aparılması gözlənilir. 2024-cü ilin birinci rübündə ciddi qiymət artımı baş verməsə də, ikinci və üçüncü rübdə tikinti materiallarının qiyməti bahalaşacaq".

"Məlumdur ki, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinə start verilib. Bundan başqa, gələn il üçün investisiya axını gözlənilir. Bu da tikinti işlərinin həcminin artımına yol açacaq və inşaat materiallarına tələbat yüksək olacaq. Bu isə inşaat materiallarının qiymətini 25-30 faiz bahalaşdıracaq", - iqtisadçı əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?