Evakuator "zerkalnı" nömrəli maşınlarından niyə qorxur? (ARAŞDIRMA)

Evakuator "zerkalnı" nömrəli maşınlarından niyə qorxur? (ARAŞDIRMA)
Bütün Xəbərlər
12:40 24.12.2011
2389
Evakuatorlar paytaxt sürücülərinin əməlli başlı qəniminə çevrilib. Küçələrdəki tıxac, dayanacaq qıtlığı, gündən-günə artan nəqliyyat çoxluğunda avtomobilinə min bir əzabla yer tapan sürücülər geri döndüksə onu yerində tapa bilmirlər. İş o yerə çatıb ki, sürücülər avtomobili şəhərdə saxlayıb harasa getməyə qorxur. Qəribəsi isə odur ki, bütün dünyada qəbul olunmuş standartlara zidd olaraq avtomobilin aparılması ilə bağlı sürücüyə heç bir bilgi verilmir. Evakuator avtomobillərə kobud davranır Sürücülər isə paytaxt ərazisində, xüsusi ilə də şəhərin mərkəzi hissələrində avtomobilin saxlanılması üçün yer olmamağından şikayətlənirlər: “Bütün yollarda sarı xətlər çəkilib və ya "saxlamaq olmaz" nişanı vurulub. Qalan yerlərdə isə maşın saxlanıb. Bilmirsən ki, evakuatora “tuş” gəlməmək üçün maşını harada saxlayasan”. Dəfələrlə avtomobili evakuatorla cərimə meydançasına aparılan Mətanət Quliyeva isə cərimə meydançasında baş verənlərdən danışdı: “Haqlı-haqsız avtomobilin cərimə meydançasına düşdüsə cibini “soyacaqlar”. Bir necə gün əvvəl avtomobilim Üzeyir Hacıbəyov küçəsində saxlayıb lazım olan işimin arxasınca getmişdim. Bir müddətdən sonra gəlib maşını yerində tapmadım. Yaxınlıqda olan sürücülər avtomobilin evakuatorla cərimə meydançasına aparıldığını dedilər. Oxşar hadisə Hüseyn Cavid prospektində də başıma gəlib”.Həmsöhbət olduğumuz sürücülər evakuasiya zamanı maşınlara ciddi ziyan vurduğunu da deyillər: “Avtomobili çox kobud şəkildə davranırlar. Nəticədə müxtəlif texniki problemlər əmələ gəlir. Bəzən də, avtomobil evakuatorun üstünə zəncir vasitəsi qaldırılarkən sürüyürlər, bu da nəqliyyat vasitəsinin müxtəlif hissələrinə xələl yetirir. Həm avtomobil, həm də onun içərisindəki əşyalar vətəndaşın mülkiyyətidir. Onunla bu cür davranmaq nə dərəcədə düzgündür”. Sürücülər cərimə meydançasında hərədən fərqli cərimə tələb olunduğunu, yolların kənarında dayanan avtomobillər arasında ayrı-seçkilik qoyulmasında da şikayətləndilər: “Yol Polisi hər adamın maşınını cərimə meydançasına aparmağa cürət etmir. Məsələn, bir də görürsən ki, sıra ilə düzülən avtomobillərdən ancaq birini aparırlar. Təbii ki, bu zaman avtomobilin "zerkalnı" nömrəli olmasına, markasına, onun böyük adama məxsus olmasına, dövlət nömrə nişanına xüsusi fikir verilir”. Ekspertlər də hesab edir ki, evakuatorlar sürücülərin hüquqlarını pozurlar. Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova bu sahədə bir çox problemlərin olduğunu deyir: “Məsələn evakuatorlarla cərimə meydançasına aparılarkən vətəndaşa xəbərdarlıq olunmur. Bununla belə, avtomobil cərimə meydançasına aparıldıqda sürücüyə dövlət rüsumu ödənildiyinə görə çek verilmir. Əslində isə bu məbləq dövlət büdcəsinə keçirilməlidir. Çek verilmədiyi üçün hər kəsdən bir məbləğdə cərimə alınır. Nəzərə alsaq ki, gün ərzində onlarla avtomobil cərimə meydançalarına aparılır və onlara çek verilmir, burada nə qədər vəsaitin büdcədən yayındırıldığını bilmək o qədər də çətin deyil”. İ.Cavadova bildirdi ki, avtomobildəki əşyalara toxunmaq qanuna ziddir: “Yol Polisi əməkdaşlarının avtomobilin içərisinə baxış keçirməyə ixtiyarları yoxdur. Avtomobilin içərisinə və əşyalara baxış keçirmək üçün qərar olmalıdır”. Qaydalar hamı üçün eynidirYol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirdi ki, evakuatorların yol kənarında dayanan avtomobillər arasında ayrı-seçkilik qoyması ilə bağlı səslənən fikirlərin heç bir əsası yoxdur: “Kim olursa olsun, vəzifəsindən asılı olmayaraq, qaydanı pozan sürücülərə qarşı yol polisi tədbir görür. Qaydalar hamı üçün eynidir. Müvafiq cərimə haqqı alındıqdan sonra avtomobil sürücüyə qaytarılır. Avtomobili evakuatorla cərimə meydançasına aparılan maşın sahibi minimum 35-40 manat cərimə ödəməlidirlər. Bu zaman avtomobilin hansı qanun pozuntusuna yol verdiyi müəyyənləşdirilir. Sürücülərin diqqətinə çatdırmaq istəyirəm ki, qadağan olunmuş yerlərdə avtomobillərini saxlamasınlar. Əks təqdirdə qanuna müvafiq olaraq təbirlər görüləcək”.Qeyd edək ki, Evakuasiya Xidməti istənilən çəkidə və markada olan avtomobillərin ölkə ərazisində daşınmasını həyata keçirir. Gələcəkdə yük daşıması da nəzərdə tutulur.

Onu da deyək ki, hər gün təxminən 55-60 maşın cərimələnir. Hazırda paytaxt ərazisində 10 ədəd evakuator xidmət göstərir.

/// SİA.AZ

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib