Evdə hazırlanmış konserv ölümə səbəb oldu

Evdə hazırlanmış konserv ölümə səbəb oldu
DÜNYA
16:05 18.09.2023
256
Türkiyənin Iğdır bölgəsində evdə hazırlanan tərəvəz konservlərindən zəhərlənən qadın həyatını itirib, əri isə reanimasiyada müalicə aldıqdan sonra həyata dönüb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Iğdırda yaşayan H.Y və C.Y keçən ay evdə hazırlanmış tərəvəz konservləri yedikdən sonra zəhərləniblər. C.Y bir gün sonra ikiqat görmə, nitq pozğunluğu və tənəffüs çətinliyi səbəbindən Iğdır Dövlət Xəstəxanasının Təcili Xidmətinə müraciət edib.

Müayinələr zamanı botulizm (toksinin törətdiyi zəhərlənmə növü) diaqnozu qoyulan və konservləşdirilmiş qidadan zəhərləndiyi məlum olan C.Y reanimasiya şöbəsində edilən müdaxiləyə baxmayaraq 3-cü gün xəstəxanada dünyasını dəyişib.

Məlum olub ki, vəfat edən ananın 4 uşağı olub.

Gülay
OXŞAR XƏBƏRLƏR