Evdə iynə vurduran Naftalan sakini anafilaktik şok nəticəsində ölüb

Evdə iynə vurduran Naftalan sakini anafilaktik şok nəticəsində ölüb
SOSİAL
23:04 10.10.2021
418
Naftalanda səhhətində yaranmış problemlə bağlı iynə vurduran şəxs anafilaktik şok nəticəsində dünyasını dəyişib.

"Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Naftalan şəhərində qeydə alınıb.

Naftalan sakini, 1986-cı il təvəllüdlü D.Qasımov səhhətində yaranmış problemlə bağlı yaşadığı evdə iynə vurdurub. Lakin o, anafilaktik şok keçirib və dünyasını dəyişib.

Faktla bağlı Naftalan şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR