“Evdə qal, Azərbaycan!” - ŞƏRH

“Evdə qal, Azərbaycan!” - ŞƏRH
SOSİAL
13:02 31.03.2020
887
Martın 30-da Nazirlər Kabineti yanında operativ qərargah Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər planını açıqlayıb.

Bununla da martın 31-dən etibarən xüsusi karantin rejimi daha da gücləndirilib.

Bu tədbirlər ölkədə əhalinin sağlamlığının qorunması, virusun yayılma coğrafiyasının minimuma endirilməsini qarşıya hədəf qoyub.

Azərbaycan dövləti xüsusilə yüksək risk qrupuna daxil olan insanların - yaşı 65-dən yuxarı olan şəxslərin sağlamlığını ön plana çəkməklə onların evdən bayıra çıxmasını qadağan edib.

Vaxtında və yerində atılan addımlar ictimai təfəkkürdə də koronavirusa qarşı yumruq kimi birləşməyə gətirib çıxarıb.

Dini, etnik, siyasi, sosial mənsubiyyətindən asılı olmayaraq, hamı həmrəylik göstərir və infeksiyaya qarşı savaş açır.

Dövlət qurumları, fiziki və hüquqi şəxslər Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edirlər, bu isə COVID-19-a qarşı aparılan mübarizənin səmərəliliyinin artırılmasına gətirib çıxarır.

Ən son rəsmi məlumata əsasən, Fonda 102 milyon 741 min 569 manat vəsait toplanıb. Bunun 20 milyon manatını Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait təşkil edir.

Dövlət üzərinə düşən vəzifələri yerinə yetirir, lakin əlavə tədbirlərin də görülməsinə zərurət yaranır. Təbii ki, bu istiqamətdə müvafiq konsepsiyalar hazırlanır və yaxın günlərdə əhalinin bütün parametrlər üzrə vəziyyətinin yaxşılaşdırılması üçün əlavə addımlar atılacaq.

Azərbaycan dövlətinin koronavirus əleyhinə doktrinasının tam gücü ilə işləməsi üçün vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Vətəndaşlar xüsusi karantin rejiminin tələblərinə əməl etsələr, faydalı iş əmsalının artmasına böyük töhfə vermiş olarlar.

Azərbaycanda yaşayan hər bir şəxs anlamalıdır ki, ictimai məsuliyyət bölgüsündə öhdələrinə düşən vəzifələrə qeyd-şərtsiz riayət etməlidir.

Özünütəcrid, sosial izolyasiya tədbirləri çətin sınaq qarşısından üzüağ çıxmağa hesablanıb.

Nəzərə almaq lazımdır ki, koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və bu hal məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pis məcraya yönələ bilər.

Başa düşmək lazımdır ki, ölkə və vətəndaşlar real təhlükə mərhələsinə qədəm qoyub, koronavirusa yoluxma artan xətt üzrə gedir.

Ümumilikdə, ölkəmizdə 273 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, dörd nəfər vəfat edib, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu mənzərənin acınacaqlı vəziyyət həddinə çatmaması üçün vətəndaşlar xüsusi karantin rejiminin qaydalarının müəyyən etdiyi hallar istisna olmaqla, evdən çıxmamalıdır.

Birdəfəlik şüurumuza həkk etməliyik ki, hər evdən çıxma, hər bir kənar şəxslə təmas ən yaxşı halda infeksiyaya yoluxma, ən pis halda isə ölüm deməkdir.

"Biz birlikdə güclüyük!” və "Evdə qal, Azərbaycan!” şüarları Prezident İlham Əliyevin koronavirusla mübarizə istiqamətində Azərbaycan xalqına etdiyi çağırışdır.

Hamı bu çağırışa qoşulmalı və bu şüarları təbliğ etməlidir. Yeri gəlmişkən, Prezidentin digər şüarı Azərbaycan həkimləri ilə bağlı idi – "Azərbaycan həkimlərinə eşq olsun!”

Milli Məclisin martın 30-da keçirilən iclasında deputatlar Prezidentin bu ifadəsinə qoşularaq, Azərbaycan həkimlərini alqışlayıblar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı