Evdə qal və əməliyyatları “Müştəri Bank”la et!

İQTİSADİYYAT
12:51 04.04.2020
464
Son günlər COVİD-19 virusunun yayılması səbəbindən əhaliyə lazım olmadıqda küçəyə çıxmaq qadağan olunub. Hətta bank xidmətlərini də onlayn qaydada həyata keçirmək tövsiyə edilir.
 
AZXEBER.COM xəbər verir ki, Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeniliklər həyata keçirir. Artıq uzun müddətdir sahibkarlar və hüquqi şəxslər üçün fəaliyyət göstərən Müştəri Bank sistemi sayəsində, müştərilər daha rahat şəkildə onlayn əməliyyatlar etmək imkanını qazanıblar.

Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: onlayn rejimdə hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamları haqqında məlumat, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, biznes kart köçürmələri, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi və s.

Müştəri Bank sisteminə qoşulmaq üçün (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. 

Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR