'Amerikalı məşhur aktyor Macaluay Kulkinin gündə 60 ədəd siqaret çəkdiyi məlum olub.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 32 yaşlı aktyorun yaxınları onun ağciyər xərçəngindən öləcəyindən qorxurlar. Hələ 10 yaşında ikən “Evdə tək başına” filmində oynayan M.Kulkin keçən il eroin aludəçiyi səbəbindən az qala həyatını itirəcəkdi. “Narkotikdən yox, siqaretdən öləcək” deyən dostları onu bu alışqanlığından çəkindirə bilmirlər.
Qeyd edək ki, aktyorun ölmə ehtimalı siqaret çəkməyən birinə nisbətdə 30 dəfə çoxdur.Ayşə İsazadə