"Evdə tək"in ulduzu xüsusi kurs keçərək fahişəliyə təhrikə görə cəzadan xilas oldu

"Evdə tək"in ulduzu xüsusi kurs keçərək fahişəliyə təhrikə görə cəzadan xilas oldu
MAQAZİN
12:44 07.02.2026
412
ABŞ-nin məşhur "Evdə tək" filminin uduzu Daniel Stern fahişəliyə təhrik etmək işi üzrə bəraət qazanıb.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, bu barədə TMZ nəşri məlumat verib.

Qeyd edək ki, ötən ilin dekabr ayında aktyora Kaliforniyada hotellərdən birində eskort qadın kirayələməyə cəhd etdiyinə görə cərimə yazılıb. Daha sonra Sternə qarşı rəsmi şəkildə ittiham irəli sürülüb. İşə Ventura dairəsində baxılıb.

Lakin indi cinayət işinə xitam verilib. Ventura dairə prokurorluğunun nümayəndəsinin sözlərinə görə, Stern xüsusi kurslara cəlb olunub. Bundan sonra ona qarşı irəli sürülən ittihamlar ləğv edilib.
OXŞAR XƏBƏRLƏR