Evdəki davadan qorxan uşaq özünü pəncərədən atdı

Evdəki davadan qorxan uşaq özünü pəncərədən atdı
DÜNYA
16:01 19.07.2023
297
İstanbulun Sultanqazi qəsəbəsindəki evlərində dava düşdüyü üçün 14 yaşlı qız özünü pəncərədən atıb. 

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, hadisə dünən axşam saat 21:30 radələrində Sultançiftliği rayonu Ordu küçəsində yerləşən 5 mərtəbəli mənzildə baş verib.
 
İddialara görə, binanın 2-ci mərtəbəsindəki mənzildə yaşayan suriyalı ailə arasında naməlum səbəbdən mübahisə düşüb.
 
Mübahisə bir müddət sonra əlbəyaxa davaya çevrilib. Dava zamanı hamilə olduğu öyrənilən qadın  döyülüb. Bunu görən  14 yaşlı qız evin pəncərəsini açaraq özünü aşağı atıb.

Qız və hamilə qadın xəstəxanaya yerləşdirilib.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR