Türkiyədə 17 yaşlı Duyqu adlı qız intihara cəhd edib.
Tekirdağda yaşayan Duyqu depressiyaya düşdüyünə görə özünü öldürmək istəyib. O, qollarını ucu iti alətlə kəsib.
Evə gələn anası Duyqunu qanlar içində hamamda yerə uzanmış halda tapıb. O, dərhal qızını xəstəxanaya aparıb. Vəziyyəti ağır olan qız hazırda müalicə olunur.
Məsələ ilə bağlı araşdırma aparılır.