Evə girən oğru ev sahibinə xəsarət yetirdi
AZXEBER.COM xəbər verir ki, Lənkəran rayonunda oğurluq hadisəsi baş verib. Belə ki, Noyabrın 30-dan Dekabrın 1-nə keçən gecə Lənkəran rayonunun Seydəkəran kənd sakini 1969-cu il təvəllüdlü Ağayeva Əfiqə Rzalı qızının evinə naməlum şəxs daxil olub.
Ev sahibinin tək yaşamasından xəbərdar olan naməlum şəxs evə yataq otağından daxil olub.
Ev sahibinin verdiyi məlumata görə, evində kiminsə olduğundan şübhələnən qadın otağa daxil olarkən oğru onun üzərinə hücum edib. Nəticədə naməlum şəxs ona ciddi bədən xəsarətləri yetirərək qoluna bıçaq zərbəsi endirib.
Həkim müayinəsindən sonra ev sahibinin dizinə və belinə də ağır bədən xəsarəti yetirildiyi məlum olub. Evdən 2 qızıl üzük və pul oğurlayan oğru hadisə yerindən qaçıb.
Qeyd edək ki, rayon sakinlərinin verdiyi məlumata görə bu hadisə kənddə baş verən ilk hadisə deyil.
Faktla bağlı araşdırma aparılır.
Günel Hüseynli