Evə həkim çağırışları üçün zəng etməyə ehtiyac qalmayacaq

Evə həkim çağırışları üçün zəng etməyə ehtiyac qalmayacaq
15:28 13.02.2013
1244
Azərbaycan Səhiyyə Nazirliyi bu ilin birinci yarısında ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna elektron qeydiyyat xidmətinin sınaqdan keçirilməsinə başlamağı nəzərdə tutur. Bunu çərşənbə günü Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə bildirib.Onun sözlərinə görə, hazırda bu xidmətin təşkili ilə bağlı işlər aparılır. Bu xidmət, ilk növbədə, dövlət tibb müəssisələrində tətbiq ediləcək. Yeni elektron xidmət əvvəlcə Bakıdakı bir neçə poliklinikada sınaqdan keçiriləcək.Əsəd-zadə deyib ki, ölkədəki bütün ambulator tibb müəssisələrində elektron qeydiyyat sisteminin təşkili üçün imkanlar yoxdur. Buna görə də hazırda bu sahədə ortaya çıxan çətinliklərin həlli üçün işlər aparılır.Mərkəz direktorunun sözlərinə görə, bunun üçün tibb müəssisələrinin kompüterləşdirməsi işləri müəyyən qədər həyata keçirilib."Uşaq poliklinikalarında bu işlər görülüb. Ancaq böyüklər üçün olan müəssisələrdə belə layihə hələ həyata keçirilməyib. Ona görə də bir az çətinliyimiz var", - nazirlik rəsmisi deyib.
OXŞAR XƏBƏRLƏR