"Everton" Ceyms Qarnerin "Çelsi"yə transferinə razılıq vermədi

"Everton" Ceyms Qarnerin "Çelsi"yə transferinə razılıq vermədi
İDMAN
18:45 03.09.2026
39
İngiltərənin "Everton" klubu yarımmüdafiəçisi Ceyms Qarnerin "Çelsi"yə transferinə razılıq verməyib.

London klubu "transfer pəncərəsi"nin bağlanmasına az qalmış 25 yaşlı futbolçunu heyətinə qatmağa cəhd göstərib.

Paytaxt təmsilçisi yarımmüdafiəçi üçün 75,4 milyon avro təklif etsə də, "Everton" transferin reallaşmasına müsbət yanaşmayıb.

"Everton" C.Qarneri 2022-ci ildə "Mançester Yunayted"dən 10 milyon avrodan çox məbləğə transfer edib. Yarımmüdafiəçi cari mövsümdə 3 matçda meydana çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.
 
///Report
OXŞAR XƏBƏRLƏR