Evi ilanlar basıb - VİDEO

Evi ilanlar basıb - VİDEO
SOSİAL
23:53 21.10.2026
105
Həyət evini ilanlar basıb.

Görüntüləri "Xəzər Xəbər”ə  göndərən izləyicimiz iddia edir ki, Pirşağı qəsəbəsində olan evində ilanlara görə yaşaya bilmir.

Şikayətçinin sözlərinə görə, ilk ilanı gördükdən sonra evin hər tərəfinə yapışqan məhlul yerləşdirib. Üç azyaşlı uşağı ilə həyət evində kirayə yaşayan Lətafət Musayeva bir neçə ilanın evə daxil olduğunu deyir.

Məsələ ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirildi ki, problemin həlli qurumun səlahiyyətlərinə aid deyil. Fövqəladə hallar nazirliyi və ekologiya və təbii sərvətlər nazirliyinə də müraciət etdik.

Lakin, aldığımız cavablardan məlum oldu ki, bu cür hallara nəzarət edən məsul qurumun kim olduğu aydın deyil.
 

OXŞAR XƏBƏRLƏR