xari

Evi tərk edən COVID-19 xəstələri saxlanıldı, birinə cinayət işi açıldı

SOSİAL
10:08 27.11.2020
208

Samuxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini, Orxan Orucovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozub və yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana göndərib.

O.Orucov barəsində RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikasının Cinayət  Məcəlləsinin 139-1.-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, faktla bağlı araşdırmalar davam etdirilir.

Daha bir oxşar fakt Xaçmada qeydə alınıb.

Belə ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, Xaçmaz rayon sakini Eldosi Quliyev COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, rayon ərazisində aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:37 15.01.2021

Makron Ərdoğana məktub göndərib

17:26 15.01.2021

Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA

17:13 15.01.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı bu gün də azaldı

16:55 15.01.2021

Mehriban Əliyeva Cıdır düzündən görüntülər paylaşdı - VİDEO

16:38 15.01.2021

Ölkə ərazisində güclü külək əsir - Faktiki hava

16:28 15.01.2021

DİN xanımları işə dəvət edir

16:15 15.01.2021

Nazirlər Kabineti Azərbaycanda insanların vaksinasiya olunacağı vaxtı açıqladı

16:14 15.01.2021

Azercell-in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur

16:10 15.01.2021

Vaksinasiyadan sonra Ərdoğandan açıqlama: “Sapsağlamam”

16:06 15.01.2021

İlham Əliyev: “Bu oğrular qaçaqaçda kondisioneri də söküb aparıblar”

15:52 15.01.2021

Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ

15:34 15.01.2021

Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”

15:33 15.01.2021

İlham Əliyev: "Şuşanı erməniləşdirmə cəhdlərinə son qoyulub"

15:15 15.01.2021

Zəfər muzeyi və memorial kompleksin yerləşəcəyi yer məlum oldu: Texnikalar əraziyə gətirildi - FOTO

14:54 15.01.2021

Ali Baş Komandan: "Əlbəttə ki, bundan sonra biz Şuşanı göz bəbəyi kimi qorumalıyıq"

14:52 15.01.2021

İlham Əliyev: "Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək"