Çinli qız öz yarını reklam lövhələrindən axtarır
Çinin Çendu şəhərinin 28 yaşlı sakiniÇuan Liyuanöz yarını tapmaq üçün reklam lövhələrinin köməyindən yararlanmaq qərarına gəlib. Milli.Az-ın məlumatına görə, öz yarını axtardığını bəyan edən qız şəkillərini reklam lövhələrində yerləşdirib.Fotoda Çuan at belində, gəlin paltarında təsvir olunub. Fotonun yanında isə bu sözlər yazılıb: "Evim, maşınım, pulum var. İndi də yarımı axtarıram".Çuanın şərtləri də qəliz deyil: oğlanın xarici görkəmi onu narahat eləmir. Əsas odur ki, səliqəli olsun, şən olsun və məsuliyyətdən qorxmasın.Svit24.net saytı yazır ki, Çində adətən qızlar 25 yaşa qədər ailə qururlar. Bu yaşı ötürən xanımlara qarşı cəmiyyət və qohumları tərəfindən basqı olur.