"Evimizi sökdülər, 10 ildir binanı təhvil vermirlər" - Sakinlər tikinti şirkətindən şikayət etdilər - VİDEO

"Evimizi sökdülər, 10 ildir binanı təhvil vermirlər" - Sakinlər tikinti şirkətindən şikayət etdilər - VİDEO
SOSİAL
20:15 01.02.2026
989
Paytaxtın Nizami rayonu, Şirin Mirzəyev küçəsində yaşayan sakinlər artıq 10 ildən çoxdur ki, "Vesta Construction" tikinti şirkətinin fəaliyyəti ucbatından evlərindən didərgin düşüblər.

2016-cı ildə Nizami Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə pilot layihə çərçivəsində Şirin Mirzəyev küçəsində yerləşən qəzalı binaların sökülərək yerində yeni yaşayış binasının inşa edilməsi qərara alınıb. Layihənin icrası isə "Vesta Construction" MMC-yə həvalə olunub.

Lakin sakinlərin iddialarına görə, məhz bu tikinti şirkəti onların başına ciddi problemlər açıb. Belə ki, Mənzil-Tikinti Kooperativi nə vətəndaşlara yeni mənzilləri təhvil verib, nə də öhdəliklərini yerinə yetirib. Əksinə, həmin mənzillərin başqa şəxslərə satıldığı məlum olub. Üstəlik, söhbət bir və ya iki yox, ümumilikdə 50 nəfərə satılan mənzillərdən gedir.
"Pilot layihəsi adı ilə evimizi sökdülər. 10 il ərzində binanı təhvil vermirlər. İcraya gedib-gəlirik, bizə boş-boş vədlər verirlər, ancaq ortada bir şey yoxdur. Təzəcə bilmişik ki, bir evi üç-dörd nəfərə satıblar", - şikayətçi deyib.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən Baku TV-yə bildirilib ki, "Vesta Construction" MMC tərəfindən köçürülən sakinlərlə, eləcə də sonradan şəxsi vəsaiti hesabına yaşayış kompleksindən mənzil alan vətəndaşlarla bağlanan müqavilələrdən irəli gələn öhdəliklər D bloku üzrə yerinə yetirilməyib:

"Bununla bağlı vətəndaşlar dəfələrlə Nizami Rayon İcra Hakimiyyətində qəbul ediliblər. Vətəndaşların müraciətləri əsasında MMC rəhbərliyi dəfələrlə icra hakimiyyətinə dəvət olunaraq yaranmış narazılıqlarla bağlı xəbərdar edilib, mövcud problemlərin qısa müddətdə aradan qaldırılması barədə tapşırıqlar verilib. Lakin göstərilən məsələlərin həlli tam təmin edilməyib.
Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və bir mənzilin müxtəlif şəxslərə satılması faktları üzrə zərərçəkmiş vətəndaşların kollektiv müraciəti əsasında Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Bundan başqa, son bir ay ərzində rayon icra hakimiyyətinin təşəbbüsü ilə MMC tərəfindən kirayə haqlarının ödənilməsi də təmin edilib".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO