"Evin həm kişisiyəm, həm də qadını"

"Evin həm kişisiyəm, həm də qadını"
MAQAZİN
19:07 29.08.2022
414
"Hal-hazırda qızımın yanına Türkiyəyə gəlmişəm. Həm istirahət edirəm, həm də onun üçün çox darıxmışdım deyə birlikdə gün keçiririk. Biz il boyu o qədər işləyirik ki, istirahətə möhtac qalırıq. Sənət adamlarının şəxsi həyatı olmur. Biz bayramlarda bayramdan sonra istirahət edirik, bütün günü səhnələrdə oluruq. Hazırda bilirsiniz ki, toylar yoxdur, fürsətdən istifadə edib dincəlirik"

AZXEBER.COM xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İskəndərli deyib. O daha sonra əlavə edib.

"Toylar olanda evdə tapılmıram, evdə də oturanda o qədər yorğun oluram ki, istəyirəm mənə qulluq etsinlər. İstəyərəm ki, evdə oturum uşaqlar üçün sevdikləri yeməyi hazırlayım, amma vaxtım olmur. Bir şeyi özüm qoyum, özüm götürüm. Amma neyləyim? İş qadınıyam da, toya gedib-gəlmək elə işə gedib gəlməkdir. Mən evin həm kişisiyəm, həm də qadını" deyə sənətçi bildirib. Əməkdar artist bildirib ki, müxtəlif xarici ölkələrdən ona həmin ölkələrdə yaşaması üçün dəvətlər gəlib.

"Böyük tamaşaçı kütləsi qazanmışam, bütün bunlar elə-belədən olmayıb. Böyük zəhmətlər, əziyyətlər hesabına olub. Hara gedirəmsə orada böyük şənlik, xoş əhval-ruhiyyə yaranır. Bu da hər adama qismət olmur. Getdiyim xarici ölkələrdə də böyük diqqət və qayğı görürəm. İlk dəfə xarici ölkədə səhnəyə Türkiyədə çıxmışam. 6 ay Bodrumda solist işləmişəm. Təxminən 1991-ci il idi. Müqavilə bağlanmışdı, mən elə bilirdim ki, cəmi 1 ay qalacam. Sən demə 6 ay imiş. Bir Allah bildi ki, mən övladlarımdan, ailəmdən ayrı o altı ayı nələr çəkdim. Ürəyim partlayırdı. O vaxt  mobil telefonlar da yox idi, əlaqə saxlaya bilmirdim. O illərimi böyük kədər ilə xatırlayıram. Türkiyədə deyirdilər ki, "qal burada, səni ulduz edərik". Dedim ki, mən Azərbaycansız qala bilmərəm. Ondan sonra məni Almaniyaya dəvət etdilər. 3-4 il gedib 4-5 ay orada qalırdım, toylarda, konsertlərdə çıxış edirdim. Hətta fikrim var idi ki, gəlib evimi də satım, gedim birdəfəlik qalım. O vaxt uşaqlar hələ məktəbə getmirdilər. Qocalardım yad ellərdə. İndi də hara gedirəmsə 1 aydan artıq qala bilmirəm" deyə sənətçi bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Trampın təhdidlərinə cavab olaraq danışıqlar masasını tərk etdilər
21:09 21.06.2026
Trampın təhdidlərinə cavab olaraq danışıqlar masasını tərk etdilər
Rusiyada kişi yoldan keçənlərə atəş açıb: Yaralananlar var
20:52 21.06.2026
Rusiyada kişi yoldan keçənlərə atəş açıb: Yaralananlar var
Dondurma alarkən nələrə diqqət edilməlidir?
20:38 21.06.2026
Dondurma alarkən nələrə diqqət edilməlidir?
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
20:21 21.06.2026
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
20:17 21.06.2026
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
20:07 21.06.2026
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
19:52 21.06.2026
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
19:40 21.06.2026
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
19:29 21.06.2026
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
19:11 21.06.2026
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
18:53 21.06.2026
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
18:49 21.06.2026
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
18:24 21.06.2026
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
"Sabah" Voynaloviçlə yolları ayırdı
17:54 21.06.2026
"Sabah" Voynaloviçlə yolları ayırdı
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
17:50 21.06.2026
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR
17:21 21.06.2026
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR