Evində başqa qadının alt paltarını tapan xəbər aparıcısı intihar edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da tanınmış xəbər aparıcısı Neena Paçolke evdə başqa qadının alt paltarını tapdıqdan sonra intihar edib.
27 yaşında həyatına son qoyan Neena Paçolke ilə bağlı daha bir diqqətçəkən detal isə toy tarixi ilə bağlı olub. Cütlüyün evlənməyə hazırlaşdığı və oktyabrın 12-də toy edəcəklərini planlaşdırdıqları öyrənilib. Eyni zamanda cütlüyün evi birlikdə aldığı və 2 il birlikdə yaşadığı da bildirilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Ayşən