Evinə gedən teleaparıcı yolda güllələnərək öldürüldü

DÜNYA
08:06 06.12.2012
2357
Kabardin Balkar respublikası dövlət teleradio verilişləri şirkətinin aparıcısı Kazbek Qekkiyev naməlum şəxslər tərəfindən güllələnib. Onunla birlikdə işləyən həmkarının sözlərinə görə, hadisə efir vaxtı başa çatdıqdan sonra Kazbek evə gedərkən meydana gəlib. Məlumata görə, Qekkiyevi avtomatdan küçədə baş nahiyəsindən güllələyiblər. Bir müddət öncə adları açıqlanmayan qrupun təmsilçiləri şirkətin daha iki aparıcısını ölümlə hədələmişdi.

OXŞAR XƏBƏRLƏR