İstanbulda evlənməyə hazırlaşan 28 yaşlı Ramazan Altın gecə saatlarında evdən çıxıb, bir daha qayıtmayıb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, İstanbulun Tahtakale səmtində yaşayan 28 yaşlı Ramazan Altın iyulun 10-u gecə evdən çıxaraq, geri qayıtmayıb. 9 gündür itkin düşən gəncin son görüntüləri kameralara belə əks olunub. Ailəsi və nişanlısı oktyabrın 15-də onun toy etməyi planlaşdırdığını söyləyib.
Ramazan Altının atası bildirib ki, aralarında heç bir problem olmayıb. Atanın sözlərinə görə oğlu qaçırılıb. Ondan günlərdir xəbər alınmır.
Nişanlısının ailəsi hadisəyə münasibət bildirərkən deyib ki, Ramazan Altını sakit, özünə qapalı, pis vərdişləri olmayan biri kimi tanıyıblar.
Şəbnəm