Evlərdən 10 min manatlıq elektrik naqilləri oğurlayan iki nəfər saxlanıldı

Evlərdən 10 min manatlıq elektrik naqilləri oğurlayan iki nəfər saxlanıldı
KRİMİNAL
12:14 23.02.2026
272
Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb. Belə ki, gecə saatlarında naməlum şəxslər ümumilikdə 7 evə daxil olaraq dəyəri 10 min manata yaxın elektrik naqillərini oğurlayıblar.
 
AZXEBER.COM xəbər verir ki, onlar əməllərini ört-basdır etmək üçün bəzi evlərdə quraşdırılan müşahidə kameralarını da sındırıblar.

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətlərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı Arif Sultanov və 29 yaşlı Cəfər Cəfərquliyev saxlanılıblar.

Araşdırmalarla saxlanılan şəxslərin oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub.

Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR