Evlərdən yeddi min manatlıq oğurluq edən şəxs saxlanıldı

KRİMİNAL
13:20 27.08.2020
192
Xaçmazda evlərdən oğurluq edən şəxs yaxalanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki üç evdən oğurluq edən şəxs tutulub.

Qeyd olunub ki, ümumilikdə 889 manat pul, 6100 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş T.Süleymanov tutulub.

OXŞAR XƏBƏRLƏR

X Mostbet