Evləri plana düşən sakinlərin nəzərinə! - Uduzmamaq üçün buna mütləq əməl edin

Evləri plana düşən sakinlərin nəzərinə! - Uduzmamaq üçün buna mütləq əməl edin
SOSİAL
11:05 16.11.2021
420
"Əvvəlcə tərəflər arasında müqavilə bağlanmalıdır. Bunun üçün həmin mənzillərin hər birinə müstəqil qiymətləndirici dəvət olunmalıdır. Həmin mənzillərin aylıq kirayə bazar və satış dəyərini qiymətləndirilməlidir. Bundan sonra tərəflər arasında müqavilələr bağlanmalıdır".

AZXEBER.COM xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Nə baş verir?" verlişində qonaq olan Əmlak məsələri üzrə ekspert Nüsrət İbrahimov bildirib.

Ekspert əlavə edib ki, tərəflər arasında bağlanan müqavilə zamanı ən çox qaydaların pozulması binanın istismara qəbul müddəti ilə bağlı yaranır:

"İstismara qəbul müddəti bir çox tikinti şirkətləri tərəfindən brmənalı olaraq pozulur. Sonra vətəndaşlara kirayə haqqı ya tam ödənilmir, ya da bir müddətdən sonra ödənilməsi dayandırılır".
 

OXŞAR XƏBƏRLƏR